Banklarda girov mexanizmi sadələşdiriləcək

banklarda-girov-mexanizmi-sadelesdirilecek
Oxunma sayı: 641

Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə AMB-nin baş direktoru Rəşad Orucov bildirib.

“Bu mexanizmi təkmilləşdirmək üçün təkliflər hazırlamışıq və artıq onu baxılması üçün hökumətə təqdim etmişik. Ümid edirik ki, yaxın zamanlarda layihə nəzərdən keçiriləcək”, - Orucov deyib.

Təkliflər “İpoteka haqqında” qanun, Mülki Məcəllə və bir sıra digər qanunlara dəyişiklikləri nəzərdə tutur.

“Bu dəyişikliklər girov əmlakının reallaşdırılması prosesinin yaxşılaşdırılmasını və məhkəmə prosedurları daxil olmaqla, onun müddətinin təqribən 7-8 ayadək azaldılmasını nəzərdə tutur. Bu, normal praktikadır, kreditorlar özlərini müdafiə olunmuş hiss etməlidirlər”, - Orucov əlavə edib.