Bankların son durumu açıqlandı

banklarin-son-durumu-aciqlandi
Oxunma sayı: 1878

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil olan məlumata görə, sektorun balans kapitalı 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olub. 

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.