Bankomatdan pulu kartsız çıxarın

bankomatdan-pulu-kartsiz-cixarin
Oxunma sayı: 1922


Cash by Code- asan, tez, rahat, təhlükəsiz şəkildə  və  7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz  kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir. 

Vəsaitlərin göndərilməsi və alınması MilliKart-da xidmət olunan və  Cash by Code  xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar.  Bu çox sadədir.

Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbəği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir  və vəsaiti çıxarır. Məbləği bankomatdan məxaric etdikdə heç bir komissiya tutulmur.

Yalnız  Unibank kartı vasitəsilə köçürmə edən müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP)  həcmində komissiya tutulacaq. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı