Bankomatı oğurlamaq istədilər, alınmadı

Bankomatı oğurlamaq istədilər, alınmadı
Oxunma sayı: 773

Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb. 

Şəhər Polis İdarəsindən (ŞPİ) “Qafqazinfo”ya daxil olan məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb. Belə ki, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxslər bankomatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi