Bankomatlar işləməyəcək

bankomatlar-islemeyecek
Oxunma sayı: 649

“Qafqazinfo” “Anspress”ə istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının 100 faiz mülkiyyətində olan "Azericard" prosessinq mərkəzi sistemin texniki yeniləşməsi işlərinə başlayır.

Mərkəzdən verilən məlumata görə, bununla əlaqədar olaraq, aprelin 15-dən aprelin 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-a qədər dayandırılacaq.