BANM-də 20 Yanvar faciəsi anılıb

banm-de-20-yanvar-faciesi-anilib-
Oxunma sayı: 1349

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BANM-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdər Şahverdiyev 20 Yanvar hadisələri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildiriblər.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə BANM-də 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.