BANM-də 5-ci elmi-texniki konfrans başlanıb

BANM-də 5-ci elmi-texniki konfrans başlanıb
Oxunma sayı: 54

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başlanıb. Konfransın açılışında BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.  

"Qafqazinfo" xəbər verir ki, plenar iclası giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edib, Ali Məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. 

SOCAR-ın Təlim, tədris və sertifikatlaşdıra idarəsinin rəisi Fuad Süleymanov qeyd edib ki, BANM iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər hazırlayır və məhz bu gənclər gələcəkdə ən nüfuzlu transmilli şirkətlərdə çalışacaqlar. 

Qeyd edək ki, konfransın plenar iclasında tələbələrin 4 seçilmiş məruzəsi dinlənilib – “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılması üçün tətbiqi”, “CO2 tətbiqi üçün həllolma istiqamətindəki aparılan təzyiqin azaldılması”, “Hava Günəş panelləri” və “Ağacşəkilli Günəş panellərinin tətbiqi və istifadəsi”. 

Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton və Confidence Capital şirkətlərinin hədiyyələri təqdim olunacaq. Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır. Tələbələrin 5-ci elmi-texniki konfransı 4 may 2017-ci il tarixində öz işini yekunlaşdıracaq.

 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi