Banqladeşdə dəhşətli yanğın - 69 nəfər öldü

banqladesde-dehsetli-yangin
Oxunma sayı: 1029

Banqladeşin paytaxtı Dəkkədə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 69 nəfər ölüb.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Ölü sayının arta biləcəyi istisna olunmur.

Qeyd edək ki, binanın anbarı kimyəvi məhsulların saxlanıldığı yer kimi istifadə olunub.