Banqladeşdən Myanmaya nota - “Əsgərlərinizi geri çəkin”

Banqladeşdən Myanmaya nota
Oxunma sayı: 1194

Myanma ordusu Banlqadeşlə sərhəd istiqamətində neytral ərazidə yerləşən, radikal buddistlərdən qaçaraq çadırlara sığınan Arakan müsəlmanlarının qaldığı Tombru bölgəsinı əlavə hərbi qüvvələr göndərib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Banqladeşdən Myanmaya nota verilib.

Banqladeş Sərhəd Mühazifəsi Xidmətinin generalı Mocibur Rəhman bildirib ki, Myanma hərbiçiləri bölgədə yaşayan 6 minə yaxın müsəlmanı Banqladeş istiqamətinə qovmağa çalışırlar. Hətta səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlar da edirlər.

Banqladeş Xarici İşlər Nazirliyi Myanmanın bu ölkədəki səfirini çağıraraq hərbi qüvvələrin geri çəkilməsini tələb edib.

Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən  etibarən Myanmada zülm və işgəncələr səbəbindən 688 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi