ANS-də skandal

ans-de-skandal
Oxunma sayı: 690

Bu gün ANS-in “Günəbaxan” verilişində qeyr-adi vəziyyət yaranıb. Taksi sürücülərinin son günlərdəki məluma etirazları ilə əlaqədar verilişə onların nümayəndələri dəvət olunub. Qarşı tərəf kimi isə verilişdə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qatılıb.

Veriliş başlayan kimi taksi sürücüləri ilə Namiq Həsənov arasında gərgin dialoq yaşanıb. Aparıcı İlqar Mikayıloğlu daha çox taksi sürücülərini sakitləşdirməyə çalışmaqla vəziyyətə nəzarəti ələ almaq isətyib, amma tamam əks nəticə yaranıb.
Taksi sürücüləri onlara sözlərinin demək üçün şərait yaradılmadığını deyib və buna etiraz olaraq studiyanı kollektiv şəkildə tərk ediblər. Təxminən 30 nəfər sürücünün getməsi ilə studiya demək olar ki, boş qalıb. Aparıcı verilişi Namiq Həsənov və bir neçə nəfər daimi iştirakçı ilə davam etdirmək məcburiyyətində qalıb.

azadlıq.info