ANS-i bölgə müxbirləri də tərk edir

ans-i-bolge-muxbirleri-de-terk-edir
Oxunma sayı: 649

Bu barədə o, Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. ANS-dən çoxdan ayrılmaq niyyətində olduğunu deyən T.Tağızadə qeyd edib ki, ANS onun kimilərin yeri deyil: “Məni öz prinsiplərinə qul etmək istəyirdilər. Müəyyən səbəblərdən bəzi dostlarım hələ də orda işləyir, hərənin öz dərdi, qayğısı var, çoxlarının maddi ehtiyacı var, məcburdu.

Amma məni tanıyanlar bilir ki, məni istəmədiyim işə məcbur etmək mümkünsüzdür, bu mənim üçün bir işgəncə olar. Orada isə cüzi maaşa bu vaxta kimi qalmağımınsəbəbi burda nisbətən azad söz demək imkanımın olması idi. İndi o imkan getdikcə tükənir, elə mənim səbrim kimi. Ona görə daha faydalı ola biləcəyim yerlərdə olacağam. Buna görə isə əksinə çox sevinirəm".

Qeyd edək ki, son bir ildə ANS-i uzun illər burada yetişən və burada peşəkar jurnalist kimi formalaşan xeyli əməkdaş tərk edib.

teleqraf.az