Baqali Dabo “Neftçi” azarkeşlərini təhqir etdi - Foto

baqali-dabo-neftci-azarkeslerini-tehqir-etdi
Oxunma sayı: 3031

“Neftçi”nin hücumçusu Baqali Dabo növbəti dəfə qalmaqala səbəb olub. Fransalı forvard “ağ-qaralar”ın azarkeşlərinin tənqidinə sərt cavab verib.

“Qafqazinfo” xəbər verir ki, klubun ən böyük azarkeş səhifəsi olan “Neftchi Baku [Fan Page]” Dabonu tənqid edib:
 
“Mənə tez-tez yazırsınız ki, admin, bəs deyirdin, Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində, Dabonun zədəsi "Sperantsa" ilə cavab matçından sonra sağalıb. Amma... İşin bir əmması var. Bu adam oyunçu kimi yaxşı olsa da, insan kimi çox məsuliyyətsiz, laqeyddir. Aylıq "Neftçi"dən 42 min 500 manat maaş alır. Bonusları da gəlsək, təxminən 50-55 min manat edir. Bu ölkədə bunun 100 qat aşağısına işləyən insanlar var. Orta məktəb müəllimi bu maaşı 100 aya qazanır. Hələ xanımı da narazılıq edir.

Baqali Dabo özünü məşqlərdə yuxarıdan aparır, sözün həqiqi mənasında “şişib”. Məşqlərə etinasız yanaşır, məşqçi və rəhbərliyin qərarlarına etiraz edir. Buna görə də Roberto Bordin onu “Sabah”la oyundan öncə son anda siyahıdan sildi.

Hər nə qədər Bordinin işini bəyənməsəm də, bu məsələdə tam baş məşqçiyə haqq qazandırıram. Yox, sən get istirahət vaxtı dizini zədələ gəl, mən məşq etmirəm, oynamalıyam. Çox güman rəhbərlik əvəzedici heyətə göndərəcək Dabonu. Ya da etdiyi tərbiyəsizlik üçün üzr istəməlidir”.
 
Azarkeş səhifəsinin bu paylaşımına Dabodan cavab gəlib. “Şərhlərinizi...., sözlərim sizə xoş deyilsə, daha çox fransızca yazım, tərcümə edərsiniz”, - deyə 31 yaşlı hücumçu “İnstagram” hesabının hekayə bölümündə cavab verib.
 
Səhifə admini Dabonun cavab sözlərini klubun mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevə məlumat verdiyini qeyd edib. Allahverdiyev cavab olaraq bildirib ki, də bu barədə klubun idman direktoru Ceyhun Sultanov və rəhbərliyə məlumat verilib.
 
Premyer Liqanın ilk turunda “Sabah”la oyundan öncə meydana çıxmayacağını öyrənən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsbələşib, hirsli şəkildə reaksiya vermişdi.