Barak Obama müharibə qərarını açıqladı

barak-obama-muharibe-qerarini-aciqladi
Oxunma sayı: 3129


“Qafqazinfo”nun APA-ya  istinadən verdiyi xəbərə görə, bunu bu gün ABŞ prezidenti Barak Obama bəyan edib.  

“Biz tam iflic olmuş və Əsədi məsuliyyətə cəlb etmək istəməyən BMT Təhlükəsizlik Şurasının razılığı olmadan irəli addımlaya bilərik”, deyə Obama vurğulayıb.  

Barak Obama bəyan edib ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir. “Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra mən qərara aldım ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir”, deyə Obama qeyd edib.  

Onun sözlərinə görə, Bəşər Əsəd rejimi Dəməşq ətrafında kimyəvi silah istifadəsinə görə məsuliyyət daşıyır.  

 Barak Obama həmçinin Suriyada hərbi əməliyyat keçirmək üçün Konqresin razılığını almaq niyyətində olduğunu qeyd edib.