Barak Obamadan həyat yoldaşına Yeni il “hədiyyəsi”

barak-obamadan-heyat-yoldasina-yeni-il-hediyyesi
Oxunma sayı: 3076


Yeni ildə insanlar bir-birinə hədiyyə etməyi və hədiyyə almağı çox xoşlayırlar. Xristian ölkələrində bu adət-ənənə az qala bütün ailələrdə baş verir. Dünyanın 1 nömrəli ölkəsinin 1 nömrəli insanının öz həyat yoldaşına Yeni il hədiyyəsi sizcə nə olar? Bahalı avtomobilmi, brilyant üzükmü, gəzinti qayığımı? Tələsməyin! Barak Obama bu dəfə öz həyat yoldaşına heç kəsin gözləmədiyi bir şeyi – tənhalığı hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ prezidenti Barak Obama öz həyat yoldaşı Mişel Obamaya ad günü münasibətilə “tənhalıq” hədiyyə etməklə yenidən gündəmə gəlib. Belə ki, o, öz ailəsi ilə Havay adalarında dincəldikdən sonra qızları ilə birgə Vaşinqtona geri qayıdıb. Mişel isə Qonoluluda qalaraq 50 illik yubileyini öz dostları və tanışları ilə keçirmək məcburiyyətində qalıb. 

Son vaxtlar dünya mediası bu cütlük arasında soyuqluğun olması haqqında yazmışdı, hətta bu soyuqluğa Nelson Mandelanın dəfn mərasimində start verildiyi də deyilmişdi. Guya Mişel Obama Barak Obamanın Danimarkanın baş naziri Helle Torninq-Şmittlə zarafından bək inciyib.

Xatırladaq ki. Mişel Obama 50 yaşını yanvar ayının 17-də qeyd edəcək. anspress