“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı

barama-hackathon-2017-layihesinin-qalibleri-aciqlandi
Oxunma sayı: 642

Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlanıb. 25 aprel  tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayan müddət ərzində hazırladıqları resursları münsiflər heyəti qarşısında təqdim ediblər.

Xatırladaq ki, developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılması idi. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edib. Beləliklə, ilk 3 yerin qalibi aşağıdakı komandalar oldu: 1-ci yer “The Dev Squad” komandası, 2-ci yer “Hello Hackathon 2” və 3-cü yer “Semicolon“.

Qaliblər Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılıb. Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə technote.az portalına məxsusdur. 

 

Qeyd edək ki, ötən il də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.