Barbara Harris dünyasını dəyişdi

barbara-harris-dunyasini-deyisdi
Oxunma sayı: 2235

 Amerikalı aktrisa Barbara Harris dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 83 yaşlı aktrisa Arizona ştatının Skotsdeyl şəhərində vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qeyd edək ki, Barbara Harris “Toni” mükafatının laureatı olub. Harris “İslaholunmaz fırıldaqçılar”, “Taun cüməsi” və “Pyeqqi Syu ərə getdi” filmləri ilə məşhurdur.