“Barbie”yə bənzəmək üçün ölümü belə gözə aldı - Fotolar

barbieye-benzemek-ucun-olumu-bele-goze-aldi
Oxunma sayı: 6821

Bir çox “Barbie” pərəstişkarı böyük pullar xərcləyərək, özünü bu gəlinciyə bənzədir və bununla şöhrət qazanır.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, Finlandiyada yaşayan Amanda Ahola adlı gənc qız da özün “Barbie” gəlinciyinə “çevirən”lərdəndir.

“Məni “Barbie” çağıranda özümü xoşbəxt hiss edirəm” deyən Amanda 18 yaşından etibarən dəfələrlə bıçaq altına girib.

Sinəsini böyüdən, dodağına silikon vurduran, belini incəldən qız son əməliyyatda ölümlə üz-üzə qaldığını vurğulayıb.

Heç nəyə baxmayaraq peşman olmayan Ahola bundan sonra da lazım olarsa, bıçaq altına yatacağını bildirib.