“Barcelona”nın oyununa görə adam öldürənə cəza verildi

“Barcelona”nın oyununa görə adam öldürənə cəza verildi
Oxunma sayı: 616

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "bomj"u öldürməkdə təqsirləndirilən Sadiq Nəhmətova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib. 

2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlayaraq öldürüb. Z.Hacıağayev əvvəllər məhkum edilib. O, tüfeyli həyat yaşayıb. 

Ötən iclasda S.Nəhmətov məhkəmədə ifadəsi zamanı özünü təqsirli bildiyini deyib: "Mən Zahirin xalası oğlugildə işləyirdim, orda içki içmişdim. Evə gəlib gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də "Barcelona"nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm". 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi