Arda Turanın komandası kuboku aldı

arda-turanin-komandasi-kuboku-aldi
Oxunma sayı: 656

Azerispirt.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin həlledici oyununda iki İspaniya təmsilçisi üz-üzə gəlib.

Finalda Madridin "Atletiko" klubu Bilbaonu təmsil edən "Athletic"lə münasibətlərinə aydınlıq gətirib. İki il öncə finalda İngiltərənin "Fulham" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru bu dəfə də təkrarlamaq niyyətindəydi. Turnir ərzində bir neçə iddialı klubları mübarizədən kənarlaşdıran "Athletic" də eyni dərəcədə iddialıydı. Lakin bu görüşdə üstün olan tərəf "Atletiko" olub. Madrid təmsilçisi darmadağınla baş mükafata sahib çıxıb.

Qeyd edək ki, Avroliqanın final matçı Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutub.

Avropa Liqası
Final
9 may

Atletiko – Athletic - 3:0 (2:0)
Qollar: Falkao, 7; 34, Dieqo, 85.