ARDNŞ professorunun evi qarət edildi

ardns-professorunun-evi-qaret-edildi
Oxunma sayı: 737

Cinayət hadisəsi Abşeron rayonu, Güzdək qəsəbəsində baş verib. Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, naməlum şəxs ARDNŞ “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriyasının müdiri, kimya elmləri doktoru Rahim Daşdiyev polisə şikayət edərək bağ evindən oğurluq edildiyini bildirib. Şikayət ərizəsində göstərib ki, Bakıdakı evində yaşadığından Güzdəkdəki bağ evi boş olub və bundan istifadə edən oğrular evdən qızıl-zinət əşyaları, qab-qacaq, elmi nailiyyətinə görə qazandığı suvenirləri aparıblar.

Oğurluqda şübhəli bilinən Amin Mehdiyev həbs edilib. O bildirib ki, alimin evindən ayrı-ayrı vaxtlarda iki dəfə oğurluq edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.