Arif Hacılı anasını görmək istəyir

arif-hacili-anasini-gormek-isteyir-
Oxunma sayı: 674

Anası son telefon danışığında Arif Hacılıya vəziyyətinin pis olduğunu, onu çox görmək istədiyini deyib və bunun üçün həbsxana rəhbərliyindən icazə almasını xahiş edib.

Arif Hacılının hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “Media forum”a deyib ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər: “Məhkumun qısamüddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısamüddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Arif Hacılının anasının sağlıq durumu həbsdə yatan övladı ilə görüşünə icazə verilməsinə bəraət qazandıracaq kritik durumdadır”.

Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.