Arif Hacılı ilə bağlı prezidentə daha bir hüquq müdafiəçisi müraciət etdi

arif-hacili-ile-bagli-prezidente-daha-bir-huquq-mudafiecisi-muraciet-etdi
Oxunma sayı: 630

“Qafqazinfo” həmin müraciəti təqdim edir:

Hörmətli cənab prezident!

Dünən məhbus həyatı yaşayan və dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən Amnesty İnternational tərəfindən vicdan məhbusu qismində tanınmış, Müsavat partiyasının rəhbərlərindən biri Arif Hacılı 2 aprel manifestasiyasına görə həbs olunmuş bütün insanların azadlığa buraxıması xahişi ilə Sizə müraciət edib. Əslində, Arif Hacılının müraciəti cəmiyyətimizdə müxtəlif siyasi və ictimai qüvvələr arasında effektiv dialoqun baş tutması üçün gözəl bir fürsətdir. Azərbaycanın dövlət müstəqiliyyini heç cür qəbul edə bilməyən bir sıra xarici qüvvələrin fəallaşdığı bir vaxtda daxili siyasi gərginliyin aradan qaldırılması, siyasi problemlərin çözümü vasitəsilə şərti ictimai sazişin əldə edilməsi həm demokratik dövlətin təşəkkülünə, həm də vətəndaş cəmiyyətinin inkişafına yol aça bilərdi. Suveren Azərbaycanın təşəkkülündə böyük xidmətləri olmuş, milli-azadlıq hərəkatının öncüllərindən biri istiqlalçı millət vəkili Arif Hacılının azadlığa buraxılması vətəndaş barışına böyük bir töhfə olardı.

Dünyada və Azərbaycanda insan haqlarının müdafiəsi uğrunda fəaliyyət göstərən şəxs olaraq Sizdən Arif Hacılının mümkün qədər tez bir zamada azad olunmasına yardım gösrətməyinizi səmimi qəlbdən xahiş edirəm”.