Arif Hacılını İqbal Ağazadəyə vermədilər

arif-hacilini-iqbal-agazadeye-vermediler
Oxunma sayı: 823

“Qafqazinfo”nun məlumatına görə, bu həbsdən sonra Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət etdi. Musavat partiyasının Mərkəzi İcra aparatının sədri Arif Hacılı haqqında qəbul olunmuş həbs qətimkan tədbirinin Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin şəxsi zaminlik qətimkan tədbiri ilə əvəz olunması müraciətdə öz əksini tapırdı.

Nəhayət ki, Bakı Şəhər Prokurorluğundan bu müraciətə cavab gəlib. Amma cavab pozitiv olmayıb. Belə ki, Musavat partiyasının Mərkəzi İcra aparatının sədri Arif Hacılının qanuna zidd hərəkətlərin təşkilində və icazəsiz aksiyaya rəhbərlik etməsini əsas gətirərək istintaqın indiki mərhələsində barəsindəki qəti imkan tədbirinin bir başqa qətimkan tədbiri ilə dəyişdirilməsini məqsədə müvafiq hesab etməyib.

Biz sözlə Bakı Şəhər Prokurorluğu Arif Hacılını İqbal Ağazadəyə verməyib.