“Arif Hacılının Müsavat başqanı olmağa haqqı var”

arif-hacilinin-musavat-basqani-olmaga-haqqi-var
Oxunma sayı: 642

O, Divan üzvü olaraq Müsavatın qurultay nümayəndələrinə çağırış edərək onlardan Arif Hacılıya səs vermələrini xahiş edib.

Osman Kazımlının bu addımı maraqla qarşılanıb. Qeyd edək ki, siyasi mövqeyinə görə qanunsuz həbsdə saxlanılan siyasi xadimin partiya sədrliyinə namizədliyinin məhkəmə salonundan irəli sürülməsi Azərbaycanın müstəqillik tarixində ilk hadisədir.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Arif Hacılının başqanlığa namizədliyinin məhkəmədə irəli sürülməsinə münasibətini öyrəndik. İsa Qəmbər bildirdi ki, qurultayı ərəfəsi bu cür təkliflərin irəli sürülməsini normal hesab edir: “Osman bəyin də bir əqidəli müsavatçı kimi belə bir təklif irəli sürməyə haqqı var, Arif bəyin də Müsavat başqanı olmağa haqqı var. Eyni zamanda hesab edirəm ki, Osman bəyin məhkəmədə o cür təklifi irəli sürməsi Arif Hacılıya qarşı hakimiyyətin qondarma məhkəmə prosesinə diqqətin cəlb olunmasına xidmət edir. Ona görə də normal hesab edirəm”.

musavat.com