Arif Hacılının prezidentə müraciəti dəyərləndirildi

arif-hacilinin-prezidente-muracieti-deyerlendirildi-
Oxunma sayı: 675

“2 aprel məhbusları sırasında olan Arif Hacılının cənab prezidentə müraciəti biz hüquq müdafiəçiləri tərəfindən də diqqətlə araşdırıldı. Müraciətlə tanış olarkən görünür ki, Arif Hacılı bütün məsuliyyətləri öz üzərinə götürməklə o proseslərdə həbs olunan insanların azad olunmasını cənab prezidentdən xahiş edib. Mən belə hesab edirəm ki, bu müraciət yüksək dəyərləndirilməlidir. Arif Hacılının digər insanların azad olunması üçün məsuliyyəti öz üzərinə götürməsi və ümumilikdə bu cəsarətli məktuba yüksək qiymət verilməlidir. Mən xüsusilə Arif Hacılının “Eurovision”a olan münasibətini qeyd etmək istəyirəm. Onun “Eurovision” yarışmanın Azərbaycan üçün müsbət hal olduğunu bildirməsi və bu prosesin uğurla başa çatmasının arzu etməsi olduqca təqdirə layiqdir. Bu mətn Azərbaycanda “Eurovision”nu siyasiləşdirmək istəyən bəzi adamların, siyasi partiyaların, QHT-lərin əleyhinədir. Mən hüquq müdafiəçisi olaraq Arif Hacılının və onunla birlikdə həbs olunmuş digər şəxslərin azad olmasını istəyirəm. Bu istiqamətdə də müəyyən müraciətlərimiz olub. Arif Hacılının da müraciətini əsas götürərək Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupu adından ölkə rəsmilərinə və bu müraciətin ünvanlandığı cənab prezidentə bir daha müraciət etmək istərdik ki, mahnı müsahibəsi ərəfəsində bu adamların məhkəmə hüququ yollarla azadlığa buraxılması üçün imkan yaradılsın. Çox arzulayıram ki, “Eurovision” mahnı müsabiqəsi sona çatanadək Arif Hacılı başda olmaqla digər məhbusların da azad olunması üçün qanunun imkan verdiyi bütün imkanlardan istifadə edilsin” .