“Arif Hacılıya hədə-qorxu gəlirlər”

arif-haciliya-hede-qorxu-gelirler-
Oxunma sayı: 648

Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Vəkilin sözlərinə görə, mayın 17-də 16 saylı Cəzaçəkmə Müəssisəsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, 2 aprel məhbusu Arif Hacılı ilə görüşüb: “AXCP üzvü Zülfüqar Eyvazlı ağır şəkər xəstəliyindən əziyyət çəkir. Onun vəziyyəti çox ağırlaşıb, şoka düşmək təhlükəsi yaranıb. Əqidə dostları təkidlə aksiyanı dayandırmağı tələb ediblər. Çox çətinliklə onu aclığa son verməyə razı salıblar və aksiyanı dayandırıb.

Digər vicdan məhbusu - Müsavat Partiyasının üzvü Ülvi Quliyevin səhhətində ciddi problemlər yaranıb və o, müəssisənin tibb bölməsinə yerləşdirilib. Arif Hacılının da səhhətində problemlər yaranıb, ağır hipertoniya xəstəliyindən əziyyət çəkir, güclü təzyiqi var. Buna baxmayaraq aksiyanı davam etdirir. Həbsxana rəhbərliyi isə aksiyanın dayandırılmasını tələb edir, Arif Hacılıya hədə-qorxu gəlir, aclığa son verməyəcəyi halda karserə salınacağını söyləyirlər”.