Barmeni öldürən hakim qarşısına çıxarıldı

barmeni-olduren-hakim-qarsisina-cixarildi
Oxunma sayı: 1361

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində internet klubda mübahisə etdiyi dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Mərhum Xəyal Məmmədovun hüquqi varisi, atası Qorxmaz Məmmədov təqsirləndirilən Z. Qasımovdan hər hansı pul tələbinin olmadığını bildirib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 15-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.

21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş.

Murad Əhməd