“Baron Dədəş” saxlanılıb

baron-dedes-saxlanilib
Oxunma sayı: 3997

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, baxış zamanı onun paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin (lyrica), metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.