“Barsa” La Liqadan qovularsa, İspaniya millisi DÇ-dən çıxarıla bilər

“Barsa” La Liqadan qovularsa, İspaniya millisi DÇ-dən çıxarıla bilər
Oxunma sayı: 1672

Kataloniya əyalətinin İspaniyadan ayrılması ölkənin idman həyatına da təsirsiz ötüşməyəcək. Bu bölgə müstəqillik qazansa, "Barcelona" La Liqada çıxışdan məhrum olunacaq.

“Qafqazinfo” “Marca” nəşrinə istinadən xəbər verir ki, “Barsa”nın Primeradan uzaqlaşdırılması FİFA-nın İspaniya millisinə cəzası ilə nəticələnə bilər.

Prineylilərin 2018-ci il dünya çempionatında iştirakına qadağa qoyulması mümkündür. Mənbənin məlumatına görə qurum bunu İspaniya hökumətinin futbola qarışması kimi qəbul edəcək. FİFA ispanlara cəza kəsəcəyi halda klublar qurumun bayrağı altında keçirilən turnirlərə qatılmaq hüququnu da itirəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi