“Barsa”nın “Real”lığı - Video

barsanin-realligi-video
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, növbəti “El Klassiko”da “Barselona” öz meydanında 3-1 hesabı ilə “Real”Madridə məğlub olub. Görüşdə hesabı 13-cü dəqiqədə penaltidən Kriştiyano Ronaldo açıb. Top sehirbazları olan kataloniyalılar bu dəfə özləri sehirə düşüblər. 57-ci dəqiqədə yenə Kriştiyano Ronaldo qol vurub. Ancaq bu qolun 90% -ni Anxel Di Mariya ərsəyə gətirib. Görünür, “Barselona” “Milan” şokunu hələ də üzərindən ata bilməyib. Çünki oyunu ilə “La Liqa”da ortabab klubun oyununu xatırladan “Barselona” qapısında 3-cü qolu da görüb . 68-ci dəqiqədə Rafael Varan “Barsa”ya özünün 2-ci qolunu vurub. İlk qarşılaşmada da “Real”ın bərabərlik qolunu gənc müdafiəçi vurmuşdu. “Barsa” yalnız 89-cu dəqiqədə Xordi Albanın qolu ilə yalnız yekun nəticəni qeydə ala bilib. Bununlada kral kubokunun finalına “Real” Madrid yüksəlib. Madridlilərin finaldakı rəqibi bu gün keçiriləcək “Sevilya” “Atletiko” Madrid oyunundan sonra bəlli olacaq.

Barcelona 1-3 Real Madrid by goalsarena2012

İqbal