“Barsa”nın yeni qapıçısı

barsanin-yeni-qapicisi
Oxunma sayı: 993

“Qafqazinfo” xəbər verir ki, hazırda “Bundesliqa”nın gənc və istedalı qapıçılarından olan, ”Borusiya Münhenqladbax”ın şərəfini qoruyan Mark Ter Ştegen “Barsa” ilə ilkin razılıq əldə edib. Gənc qapıçının hələ ki, klubu ilə 2015-ci ilə qədər davam edən müqaviləsi var. Lakin tərəflər rəsmi qayda da razılığa gəlsələr bu müqavilə ikitərəfli olaraq ləğv ediləcək.

İqbal