“Barselona” – “Çelsi” oyununda türk hakim

barselona-celsi-oyununda-turk-hakim
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu oyunda baş hakim vəzifəsini Cüneyt Çakır yerinə yetirəcək.
FİFA dərəcəli referini Bahattin Duran və Tarık Ongün müşayiət edəcək. Oyunun 4-cü hakimi isə Türkiyə Superliqasında ötən həftə “Qalatasaray” – “Fənərbaxça” derbisini idarə edən Fırat Aydınus olacaq.
Qeyd edək ki, 2006-cı ildə FİFA dərəcəsi alan Cüneyt Çakır bu il Ukrayna və Polşada keçiriləcək Avropa Çempionatında da fit çalacaq.
Cüneyt Çakır bu mövsüm aşağıdakı beynəlxalq oyunları idarə edib:

14 Sentyabr 2011: Vilyarreal – Bavariya (UEFA Çempionlar Liqası)
11 Oktyabr 2011: İsveç – Hollandiya (Avro 2012-nin seçmə mərhələsi)
18 Oktyabr 2011: Real Madrid - Lion (UEFA Çempionlar Liqası)
15 Noyabr 2011: Almaniya – Hollandiya (Yoldaşlıq görüşü)
22 Noyabr 2011: Mançester Yunayted – Benfika (UEFA Çempionlar Liqası)
16 Fevral 2012: Portu - Mançester Siti (UEFA Avropa Liqası)
22 Fevral 2012: Marsel - İnter (UEFA Çempionlar Liqası)
15 Mart 2012: Atletik Bilbao – Mançester Yunayted (UEFA Avropa Liqası)

Ceyhun Əhmədov