Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Bu mərhələdə iki komanda ilə təmsil olunan yeganə ölkə olan İspaniyanın “Real” klubu səfərdə Almaniya “Bayern”i ilə qarşılaşıb. Almanlar cavab oyunu öncəsi mütləq qələbə qazanmağı hədəfləmişdilər ki, bu istəklərinə çatıblar. Lakin istənilən halda hər şeyə cavab matçında aydınlıq gələcək.
Digər yarımfinal cütündə isə İspaniyanın digər təmsilçisi, ÇL-in son qalibi “Barcelona” “Çelsi” ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi də növbəti mərhələyə adlamaq şanslarını saxlamaq üçün ilk oyunda mütləq qələbə qazanmalıydı. Onlar da bu minimum vəzifənin öhdəsindən gələ biliblər.
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
17 aprel
Bayern (Almaniya) - Real (İspaniya) - 2:1 (1:0)
Qollar: Riberi, 17, Qomes, 89 - M.Özil, 53.
18 aprel
Çelsi (İngiltərə) – Barcelona (İspaniya) - 1:0 (1:0)
Qol: Droqba, 45.