“Barselona” Dembele üçün bunu da etdi

barselona-dembele-ucun-bunu-da-etdi
Oxunma sayı: 2273

“Barselona” rəhbərliyi ötən yay 105 milyon avorya transfer etdiyi Usman Dembelenin adaptasiyası üçün əlindən gələni edir.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, fransalı hücumçunun düzgün qidalanması üçün ona xüsusi aşpaz ayrılıb.

20 yaşlı forvard qarın pozulmasına görə fevralın 12-də məşqə çıxmamışdı. Bundan başqa Dembele şəxsi cangüdənlə də təmin olunub. Klubun həkimləri müntəzəm olaraq ona baş çəkərək fiziki durumunu öyrənirlər.

İstedadlı futbolçu sentyabrda aldığı zədə səbəbindən təxminən 4 ay meydana çıxa bilməmişdi.