“Barselona” “İnter”in qapıçısını istəyir

barselona-interin-qapicisini-isteyir
Oxunma sayı: 763


"Qafqazinfo” xəbər verir ki, “Barsa” “İnter”in qapıçısı Samir Handanoviçə transfer etmək üçün italyan klubuna müraciət edib. Katalon klubu qapıçıya görə 23 milyon avro da təklif edib. Lakin “İnter” klubu 28 yaşlı Handanoviçi satmaq istəmir. Belə ki, Milan təmsilçisinin yeni baş məşqçisi Valter Maççari qapıçı Samir Handanoviçi heç yerə buraxmayacağını bəyan edib.


İqbal