“Barselona” Londondan sərfəli nəticə ilə qayıdır - Video + Yenilənib

“Barselona” Londondan sərfəli nəticə ilə qayıdır
Oxunma sayı: 2663

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərhələnin ən maraqlı matçlarından biri Londonda keçirilir.

“Çelsi” öz meydanında “Barselona”nı qəbul edir.

Matçı türkiyəli baş hakim Cüneyt Çakır idarə edir.

“Çelsi” (İngiltərə): 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 27. Andreas Kristensen, 28. Sezar Azpilikueta, 3. Markos Alonso, 15. Viktor Mozes, 7. Nqolo Kante, 4. Sesk Fabreqas, 11. Pedro Rodriges, 22. Villian, 10. Eden Azar

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 24. Qari Keyhill, 21. Davide Zappakosta, 70. Kallum Hadson-Odoi, 6. Danni Drinkuoter, 9. Alvaro Morata, 18. Olivye Juru

Baş məşqçi: Antino Konte

“Barselona” (İspaniya): 1. Ter Ştegen, 3. Xerard Pike, 23. Samuel Umtiti, 18. Xordi Alba, 20. Serxi Roberto, 5. Serxio Buskets, 4. İvan Rakitiç, 8. Andres İnyesta, 15. Paulinyo, 10. Lionel Messi, 9. Luis Suares

Ehtiyat oyunçular: 13. Yasper Silessen, 25. Tomas Vermalen, 19. Luka Dinye, 22. Aleyks Vidal, 21. Andre Qomes, 6. Denis Suares, 11. Osman Dembele

Baş məşqçi: Ernesto Valverde

23:45. “Çelsi” – “Barselona”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London

***

İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq hesab açılmadı.

***

62-ci dəqiqədə Villian uzaqdan dəqiqə zərbə ilə "Çelsi"ni hesabda önə keçirib.

Qeyd edək ki, ilk hissədə Villianın bir zərbəsi dirəkdən qayıtmışdı.

Oyun ərzində topa daha çox "Barselona" nəzarət etsə də, "Çelsi"nin hücumları daha təhlükəli alınır.

***

75-ci dəqiqədə "Çelsi" müdafiəsi kobud səhv buraxıb. Bu çaşqınlıqdan istifadə edən Messi hesabı bərabərləşdirib.

***

Matçda başqa qol olmayıb və 1-1 hesabı ilə başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi