“Barselona” Minskdə BATE-ni darmadağın etdi

barselona-minskde-bate-ni-darmadagin-etdi
Oxunma sayı: 631

Turun ən böyük hesablı qələbəsi Minskdə qeydə alınıb. “Barselona” yerli BATE üçün əsl futbol dərsi keçib. İspanlar meydan sahiblərinin qapısından beş cavabsız top keçiriblər. “Barselona”nın qollarını Lionel Messi (38-ci və 56-cı dəqiqələr), Pedro Rodriges (22-ci dəqiqə) və David Vilya (90-cı dəqiqə) vurub, 19-cu dəqiqədə isə BATE-nin oyunçusu Volodko avtoqola imza atıb.

Gecənin ən maraqlı oyunlarından biri İspaniyada keçirilib. “Valensiya” “Çelsi”ni qəbul edib və komandalar hərəyə bir dəfə fərqlənə biliblər - 1:1.

Günün bütün qarşılaşmalarının nəticələri:

E qrupu

“Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) - 1:1
“Bayer” (Almaniya) - “Genk” (Belçika) 2:0

F qrupu

“Marsel” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 3:0
“Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) 2:1

G qrupu

“Zenit” (Rusiya) - “Porto” (Portuqaliya) 3:1
“Şaxtyor” (Ukrayna) - APOEL (Kipr) 1:1

H qrupu

“Milan” (İtaliya) - “Viktoriya” (Çexiya) 2:0
BATE (Belarus) - “Barselona” (İspaniya) 0:5.