“Barselona” klubunun qurucusu Xoan Qamperin xatirəsinə keçirilən ənənəvi Qamper kubokunda növbəti matç baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Barselona” “Boka Xuniors”la qarşılaşıb və görüşdə 3:0 hesablı qələbə qazanıb.
Bu, “Barsa” 1966-cı ildən keçirilən yarış tarixindəki 41-ci kuboku olub.
“Barselona” - “Boka Xuniors” - 3:0
Qollar: Malkom, 18, Messi, 39, Rafinya, 67