Barselona polisi türk restoranına təşəkkür etdi

barselona-polisi-turk-restoranina-tesekkur-etdi
Oxunma sayı: 634

Barselona polisi terror hücumunda yaralanlara kömək edən türk restoranının sahibi və əməkdaşlarına təşəkkür edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “Rey de İstanbul”un müdiri Ercan Can hücumdan sonra restoranın qapılarını açaraq yaralıları içəri gətirib və onlara yardım edib.

Barselona polis rəsmiləri restoranın sahibinin və işçilərinin çox böyük yardım etdiklərini qeyd edərək, nümayiş etdirdikləri həmrəyliyə görə onlara təşəkkür edib.

Xatırladaq ki, İspaniyanın Barselona şəhərində təşkil olunan hücumda 14 nəfər ölüb, 130 nəfər yaralanıb.