Barselona terrorunda ölənlərin sayı 15-ə çatdı

barselona-terrorunda-olenlerin-sayi-15-e-catdi
Oxunma sayı: 646

Avqustun 17-də İspaniyanın Barselona şəhərində törədilən terrorda yaralananlardan daha biri ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kataloniya Muxtariyyətinin daxili işlər naziri Xoaqim Forn məlumat verib.

Onun sözlərinə görə, terrorçulardan birinin hadisə yerindən qaçmaq üçün istifadə etdiyi düşünülən avtomobildə bıçaqlanmış halda tapılan Pau Perez adlı şəxs bu gün dünyasını dəyişib. Beləliklə, terrorda ölənlərin sayı 15-ə çatıb.

Ölənlərdən 2-si uşaq, 7-si isə qadındır.

Qeyd edək ki, terakt zamanı 100-dən çox insan da yaralanıb.