Barselona terrorunu İŞİD öz üzərinə götürdü

barselona-terrorunu-isid-oz-uzerine-goturdu
Oxunma sayı: 639

Xəbər verdiyimiz kimi, bu gün Barselonanın iki ayrı yerində terror hücumları olub.

“Qafqazinfo” xəbər verir ki, öncə Las Rambla bölgəsində avtomobil piyadaların üzərinə sürülüb.

Son məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, 80 nəfər isə yaralanıb. Daha öncəki açıqlamalarda isə 13 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən Mərakeş əsilli İspaniya vətəndaşı Driss Oukabir adlı şəxs saxlanılıb.

Bu hadisədən biraz sonra isə 2 silahlı şəxs türk restoranı “Luna de İstanbul”a hücum ediblər. Hər iki şəxs polis tərəfindən sağ ələ keçirilib.

2 terror aktının məsuliyyətini isə İŞİD terror təşkilatı öz üzərinə götürüb.