Barselona terrorunun əsas şübhəlisi məlum oldu - Fotolar

barselona-terrorunun-esas-subhelisi-melum-oldu
Oxunma sayı: 640

Dünən İspaniyanın Barselona şəhərində törədilən terror hadisənin əsas şübhəlisinin Musa Ukabir olduğu açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı Musanın qardaşı Driss Ukabir dünən teraktdan sonra tutulmuşdu.

Polis Drissə çox oxşayan Musanın qardaşınınn pasportu ilə avtomobili icarəyə götürdüyünü ehtimal edir. Hazırda onun axtarışları davam edir.

Qeyd edək ki, avtomobil küçədə insanların üzərinə sürülməsi nəticəsində 14 nəfər ölüb, 100 nəfər isə yaralanıb.