“Barselona” Torresin transferi üçün 3 futbolçusundan keçir

barselona-torresin-transferi-ucun-3-futbolcusundan-kecir
Oxunma sayı: 644

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, katalonlar “Çelsi”nin hücumçusu Fernando Torresi heyətinə qatmaq istəyir. “Barsa” ispaniyalı forvardın əvəzinə “Çelsi”yə 3 futbolçusunu vermək niyyətindədir. Bunlar Ayzek Kuenka, Serxi Roberto və Montoyadır. “Çelsi”nin idman direktoru Maykl Enelemo ilə Pep Qvardiolanın bu haqda gizli görüşlər keçirdiyi bildirilir. Torresin isə bu təklifə çox sevindiyi qeyd olunur.

Ceyhun Əhmədov