“Barselona” üçün tarixi “El Klassiko”

barselona-ucun-tarixi-el-klassiko
Oxunma sayı: 713

“Qafqazinfo”nun verdiyi məlumata görə, əzəli rəqiblər – “Real Madrid” və “Barselona” bu dəfə İspaniya kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək.

Komandalar indiyə kimi rəsmi görüşlərdə 216 dəfə üz-üzə gəlib. Bu oyunlardan 86-da “Real”, 85-də isə “Barselona” qələbə qazanıb. 45 görüş “sülh”lə başa çatıb. Bu görüşdə qalib gələcəyi halda, “Barsalona” şəxsi görüşlərdə balans yaradacaq. Madridlilərin 363 qoluna katalonlar 348 topla cavab verib. “El Klassiko”ların bombardiri argentinalı Alfredo di Stefanodur. O, bu qarşılaşmalarda 18 top vurub. Siyahının üst pillələrində hazırda karyerasını davam etdirən futbolçulardan yalnız Lionel Messi qərarlaşıb ki, onun hesabında 13 top var.

Komandaların oyuna aşağıdakı start heyətləri ilə çıxacağı gözlənilir:

“Real”:
Kasilyas, Marselo, Serxio Ramos, Pepe, Lass Diara, Xabi Alonso, Fabio Koentrao, Xose Kallexon, Mesut Özil, Kristiano Ronaldo, Kərim Benzema

“Barselona”:
Xose Manuel Pinto, Erik Abidal, Karles Puyol, Xerard Pike, Dani Alves, Andres İnyesta, Serxio Buskets, Xavi Hernandes, Aleksis Sançes, Lionel Messi, Sesk Fabreqas
Oyun Bakı vaxtı ilə saat 01:00-da başlanacaq.

Ceyhun Əhmədov