Barselona və Madriddə dəmir yol xətləri bağlanıb - Bomba xəbərdarlığı

barselona-ve-madridde-demir-yol-xetleri-baglanib
Oxunma sayı: 881

İspaniyanın Barselona şəhərində bomba təhlükəsi ilə əlaqədar iki dəmir yolu xətti bağlanıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, polisin məlumatına görə, partlayıcı qurğu çamadanlardan birində ola bilər. 

İki qatarın sərnişinləri evakuasiya ediliblər, hadisə yerində mütəxəssislər çalışırlar.

Barselonadan sonra Madriddə də qatar stansiyalarından biri evakuasiya edilib.