Barselonada küçə savaşı - Video

barselonada-kuce-savasi
Oxunma sayı: 1875

İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarları ilə İspaniyanın birliyini istəyənlər arasında gərginlik davam edir.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, bu gün Barselonada əks düşüncəli iki tərəf arasında qarşıdurma olub.

Küçədə əllərinə keçəni bir-birinə atan qrupları sakitləşdirmək üçün əraziyə yüzlərlə polis cəlb edilib. Qarşıdurma zamanı ətrafdakı mağaza və restoranlara ziyan dəyib.

Qeyd edək ki, 1 oktyabrda referendu keçirən Kataloniya hökuməti, oktyabrın 10-da müstəqillik bəyannaməsini imzalayıb.