Barselonada qurbanların sayı artır - 18 ölü, 100 yaralı + Yenilənib

barselonada-qurbanlarin-sayi-artir
Oxunma sayı: 4440

İspaniyanın Barselona şəhərində bir nəfər avtomobili piyadaların üzərinə sürüb.

“Qafqazinfo” Mirror-a istinadən xəbər verir ki, şəhərin Las Ramblas bölgəsində baş verən hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir.

Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Hadisədən sonra polis ərazi nəzarətə götürülüb. Yaxınlıqdakı metro stansiyalarına giriş qadağan edilib. Əraziyə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.

İnsidentin terrorla əlaqəsinin olub-olmadığı araşdırılır.

***

İspaniya mətbuatı 13 nəfərin öldüyünü, 20-dən çox insanın xəsarət aldığını açıqlayıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

***

Terakt nəticəsində 50 nəfər xəsarət alıb.

 

***

Kataloniya hökumətinin hadisə ilə bağlı yaydığı açıqlamada 13 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı qeyd olunub.

Bundan başqa, 1 nəfər şübhəli qismində saxlanılıb.

İspaniya Baş naziri Mariano Rajoy Brey və Parlament sədri Karme Forkadell əhaliyə səslənərək təşvişə düşməməyə və polislərin göstərişlərinə riayət etməyə çağırıblar.

***

Terror aktı ilə bağlı İspaniya Polis Təşkilatı son rəqəmləri açıqlayıb. Hadisə nəticəsində 12 nəfərin öldüyü, 80 nəfərin isə yaralandığı bildirilir.

***

Son açıqlanan rəsmi rəqəmlərə görə, hadisə nəticəsində ölənlərin sayı 13-ə yüksəlib. Ən az 100 nəfər yaralanıb. Məlumata görə, cinayətkar avtomobili küçədə 530 metrdən çox idarə edib və qarşısına çıxan hər kəsi əzib.

***

Barselonada baş verən terror hadisəsi nəticəsində 18 ölkənin vətəndaşının öldüyü və ya xəsarət aldığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.