Barselonada referendum öncəsi təhlükəsizlik - Polis görünmür, amma var

Barselonada referendum öncəsi təhlükəsizlik
Oxunma sayı: 1079

Kataloniya hakimiyyəti referendum öncəsi İspaniya hökumətini öz xalqı ilə “müharibə”yə hazırlaşmaqda ittiham edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar mərkəzi hökuməti ölkədə polisin sayını 27 minə çatdırdığını bildirib.

“İspaniya hökuməti öz xalqı ilə “müharibə” etməyə hazırlaşır”,-deyə vurğulanıb.

Qeyd edək ki, Kataloniya hakimiyyəti oktyabrın 1-i müstəqillik haqqında referendum keçirməyi planlaşdırır. Amma rəsmi Madrid isə bunu tanımır. İspaniya Konstitusiya məhkəməsi öz növbəsində Jeneralitet və Kataloniya parlamenti tərəfindən qəbul edilmiş səsvermə ilə bağlı bütün sənədlərin fəaliyyətini dayandırıb. Beləliklə, məhkəmə referendumun hazırlanması üzrə bütün atılacaq tədbirləri qeyri-qanuni elan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi