Barselonadakı teraktda Azərbaycan vətəndaşları da yaralanıb? - Açıqlama

barselonadaki-teraktda-azerbaycan-vetendaslari-da-yaralanib
Oxunma sayı: 701

Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Trend”ə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb.