“Barselona”dan “Bavariya”ya super transfer - 26 iyun

barselonadan-bavariyaya-super-transfer-26-iyun
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, “Bavariya”nın hazırki məşqçisi Yup Haynkesin təqaüdə çıxması ilə əlaqədar olaraq alman klubu ilə müqavilə bağlayan Pepin ilk iş günü iyunun 26-sı olacaq.

“Barselona”da olduğu 4 mövsüm ərzində 3 dəfə İspaniya çempionu, 2 dəfə “Çempionlar Liqa”sı qalibi olan Qvardiolanın “Bavariya” ilə ilk sınağı 13 iyulda “Sonnenhof Qrossaspax”klubuna qarşı olacaq. Bundan sonra Pepi daha ciddi sınaq, “Bavariya”nın qatılacağı, “AUDİ Cup” turniri gözləyir. Bu turnirdə Qvardiola və onun komçandası “Mançester Siti”, “Milan” və “San Paulu” komandalarına qarşı gücünü göstərməyə çalışacaq.

İqbal